"Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən "Mercedes-Benz 190" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb.
Lent.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşları olan sürücü və sərnişin şifahi sorğu-sual olunub.
Bu zaman onlar nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük yoxlaması zamanı avtomobilin mühərrikxana və siləcəklərin mühərrik hissələrindəki boşluqlarda 4 ədəd bükümdə ümumi çəkisi 2 kiloq olan narkotik vasitə - heroin aşkarlanıb.